ana səhifə əlaqə
 
  az   ru   en
İcra Hakimiyyətinin Başçısı İcra Hakimiyyəti Başçısının Aparatı Şəhər Haqqında

LİNKLƏR
 

"ADES" Azərbaycan-Almaniya Birgə Müəssisəsi

Sovet İttifaqının süqutu 15 müstəqil dövlətin yaranması ilə nəticələndi. Bu dövlətlər müxtəlif sahələrdə iqtisadi, siyasi və etnik kimi bir çox problemlərlə üzləşdilər. Bu problemlərin bəzilərinin həlli bu ölkələr üçün çox əhəmiyyətli idi. Eyni zamanda bir çox sosial problemlər də meydana çıxmışdı. Demək olar ki, cəmiyyətin və sosial strukturun bütün sahələri böyük problemlərlə üzləşmişdilər. Bu sahələrdən biri də məişət tullantılarının idarə edilməsi sahəsi idi. Sovet İttifaqı dövründə bu sahə dövlət nəzarəti altında idi.İş prosesi Qərbi Avropa və Şimali Amerikada mövcud prosesdən fərqlənirdi. Əsas proses məişət tullantılarının daşınması və yandırılmasından ibarət idi ki, bu da aşağıdakılarla nəticələnirdi:

  • Ətraf mühitin çirklənməsi
  • Tullantılar toplanan ərazinin ətrafında yaşayış qeyri-mümkün idi.

Tullantıların yenidən istifadəsi mümkün olsa da, onlar istifadəsiz qalırdı. Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin bir ölkədir. Sovet İttifaqı dövründə tullantıların idarəedilməsi ilə məşğul olan təşkilat yox idi. Bütün bunlar tullantılar sahəsində yeni metod və texnologiyalarla müəssisə yaradılmasına gətirib çıxardı. Belə bir müəssisənin yaradılmasında xarici şirkətlərlə əməkdaşləğa böyük ehtiyac var idi. ADES (Azerbaijan Deutschland Ecological Service) Azərbaycan-Almaniya Birgə müəssisəsi bu sahədə yeni metod və texnologiyalarla ilk özəl müəssisədir. ADES-in əməkdaşı The Max Aichel Company oldu.
Bu gün ADES Azərbaycanın paytaxtı Bakının 1/3 hissəsinə və bütün Sumqayıt şəhərinə xidmət göstərir. ADES-in abonentləri sırasında The European Tobacco Co., A.AA. Service, BP Exploration (Caspian Sea) Limited kimi müəssisələrin adlarını çəkmək olar. ADES həm də ABŞ səfirliyinə və səfirliyin nümayəndələri yaşayan binalara xidmət göstərir.

Baş Direktor - Qadir Dünyamaliyev
Ünvan: Sumqayıt şəhəri, Metallurq küçəsi 1
Tel: (018) 648-44-71
E-mail: adesaz@ades-az.com

Əlavə məlumat üçün: www.ades-az.com


HEYDƏR ƏLİYEV

Əziz dostlar!
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olaraq sizi Sumqayıt şəhərinin internet səhifəsində salamlayır və vaxt ayırıb səhifəmizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm.
Zənnimcə, Sumqayıtın fürsətlər şəhəri olduğunu söyləsəm səhv etmərəm və ümid edirəm ki, internet səhifəmizdəki geniş məlumatlarla tanış olsanız siz də mənimlə razılaşacaqsınız. Burada siz Sumqayıtın tarixi, elmi, mədəniyyəti və eləcə də iqtisadiyyatı , ticarəti, investisiya imkanları və şəhərimizin gələcək inkişaf perspektivləri haqqında informasiya əldə edə bilərsiniz.
Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki, səhifəmiz davamlı olaraq yenilənəcək və şəhərimizlə əlaqədar bütün vacib xəbərlər sizə çatdırılacaqdır.
Ümidvaram ki, səhifəmizi ziyarət etmək sizə zövq verəcək və maraqlandığınız məlumatları əldə edəcəksiniz, çünki indi Sumqayıt sizə çox daha yaxındır.
Hörmətlə,
Vaqif Əliyev
İcra Hakimiyyəti başçısı

SUMQAYIT ŞƏHƏRİNDƏ İMTİYAZLI ŞƏXSLƏRİN MƏNZİL NÖVBƏSİ SİYAHISI