|
İdarənin adı: İqtisadi İnkişaf Nazirliyinin Abşeron regional bölməsi Ünvanı: 18-ci məhəllə, ev 4/12 Əlaqə telefonu: (018) 648-42-23, (012) 418-42-75 Rəhbərin adı: Müdir əvəzi vəzifəsində - Xəlilov Ramiz Xəlil oğlu Fəaliyyəti haqqında qısa məlumat: İqtisadi İnkişaf Nazirliyinin Abşeron regional bölməsi 2004-cü ildə fəaliyyətə başlayıb. 2004-2008-ci illər üzrə Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının Abşeron, Xızı rayonlarında, Sumqayıt şəhərində icrasının əlaqələndirilməsini həyata keçirir, sosial-iqtisadi göstəriciləri təhlil edir, müxtəlif proqramların hazırlanması zamanı təkliflər hazırlayır, müxtəlif instansiyalar tərəfindən sahibkarlıq subyektlərində aparılan yoxlamalarda iştirak edir, Abşeron iqtisadi rayonuna daxil olan rayon və şəhərlərdə əsas ərzaq mallarının və tikinti materiallarının topdan və pərakəndə satış qiymətlərinin müəyyən edilməsi məqsədilə qiymət monitorinqlərini keçirir, nəticələr barədə məlumatları Nazirliyə təqdim edir. İdarənin əsas xidmət növləri aşağıdakılardan ibarətdir: - İqtisadi rayon ərazisində fəaliyyət göstərən sahibkarlara səlahiyyətlər daxilində hüquqi və metodiki yardımların göstərilməsi; - İqtisadi rayon üzrə sahibkarların istehsal etdikləri məhsulların təşkil olunmuş yarmarka və sərgilərdə nümayişinin təşkili; - Sosial-iqtisadi inkişaf göstəriciləri haqqında məlumat bazasının yaradılması ilə əlaqədar zəruri məlumatların toplanılması; - Sosial-iqtisadi inkişafın istiqamət və templərini müəyyən etmək üçün monitorinqlərin keçirilməsi.
|