İcra hakimiyyətinin başçısı
.jpg)
Fərəcov Zakir Fərəc oğlu
Zakir Fərəcov 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olmuşdur. 1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil almışdır. 1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun "Sənaye İqtisadiyyatı" fakültəsisin axşam şöbəsinə daxil olmuş, 1980-cı ildə həmin İnstitutu bitirmişdir.
• Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlamışdır.
• 1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olmuşdur.
• 1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlamışdır.
• 1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunmuşdur.
• 1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak etmiş və Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilmişdir. 2005-2015-ci illərdə isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
• Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixili Sərəncamı ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.
Abşeron rayonunun yaradılmasının 50 illiyi münasibətilə və rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə 26 dekabr 2012-ci il tarixli 2625 saylı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Şöhrət" ordeni ilə, Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında 4 oktyabr 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə 21 noyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 03 fevral 2024-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub. Türkiyə Cümhuriyyətinin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən anadan olmasının 70 illiyi, eyni zamanda Türk Dünyası Dövlətçiliyinə və Mədəniyyətinə göstərdiyi böyük xidmətlərə görə İlin Ziyalısı" Fəxri adına layiq görülüb və "Avropa Şərəf Ordeni" ilə təltif edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 4 qızı, 1 oğlu, 13 nəvəsi var.






