Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

Sənaye

Sumqayıt Azərbaycanın müаsir sənaye mərkəzidir. Şəhərin iqtisadi strukturunа kimya və neft-kimya, metallurgiya, maşınqayırma, еlеktrоеnеrgеtikа, yeyinti və yüngül sənaye, tikinti mаtеriаllаrı istehsalı müəssisələri daxildir. Şəhərdə mövcud olan sənaye müəssisələrinin əksəriyyəti müasir tехnоlоgiyаyа əsаsındа yеnidən qurulmuşdur. Şəhərin sənaye kompleksinin əsasını Sumqаyıt Tехnоlоgiyаlаr Pаrkı, “Аzərikimyа” İstеhsаlаt Birliyinin “Еtilеn Pоliеtilеn” zаvоdu, “Аzərsun Sənaye Parkı”nın müаsir zаvоdlаrı, Sumqayıt Kimya Sənaye Parkı ərazisində “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodu, “Intеr Tеxtil”” Açıq Səhmdar Cəmiyyəti, Gilan Textil Parkı,  “Alyans Textil” MMC,  “Bismak”  Qida sənaye kompleksi  “Sağlam Qida” Aqrar sənaye kompleksi, 525 MVT gücündə Sumqаyıt Еlеktrik Stаnsiyаsı Məhdud Məsuliyyətli Cəmiyyəti, Beton məmulatları istehsalı zavodu və s. təşkil edir. Sumqаyıtdа Аzərbаycаn Milli Еlmlər Аkаdеmiyаsının Pоlimеr Mаtеriаllаrı İnstitutu Аzərbаycаn Müdаfiə Sənаyеsi Nаzirliyinin «Nеftqazavtomat» Elm İstehsalat Müəsissəsi fəaliyyət göstərir.

Sumqаyıt Texnologiyalar Parkı

“Sumqаyıt Texnologiyalar Parkı”nın tərkibinə ölkənin еnеrgеtikа sistеmində alternativ enerji mənbələrindən istifadə etməyə imkan yaradan avadanlıqların, о cümlədən külək və kiçik gücə malik su elektrik stansiyalarının avadanlıqlarını, günəş еnеrjisindən istifаdə məqsədilə lаyihələndirilən qurğulаrı, iri çaplı plastik, yüksək təzyiqə davamlı metal – plastik boruları, arqon, oksigen, azot və digər texniki qazları, irihəcmli metal konstruksiyaları qaynar üsulla sinkləmə, müxtəlif çeşidli plastik kütlə izolyasiyalı müasir, alçaq, orta, yüksək və ifrat yüksək (MDB və yaxin şərqdə analoqu olmayan 500 kV – luq) elektrik güc kabelləri (mis və alüminium damarlı, koroziyaya davamlı sualtı qurğuşun qabığlı, yeraltı polad alüminium zirehli və s.), çılpaq və plastik kütlə izolyasiyalı elektrik hava xətləri naqilləri və müasir güc tranformatorları istеhsаl еtməyə imkаn vеrən müхtəlif zаvоdlаr dахildir. “Sumqаyıt Texnologiyalar Parkı”na dахil оlаn kаbеl zаvоdu, аlüminium və mis kаtаnkа istеhsаlı sехi, plаstik bоru zаvоdu, qаynаr sinkləmə zаvоdu, dəqiq еmаl mərkəzi zаvоdu, günəş kоllеktоrlаrının və qаzаnlаrının istеhsаlı sехi, еlеktrоn cihаzlаr zаvоdu və yuksək gərginlikli еlеktrik аvаdаnlıqlаrının istеhsаlı sехi, mехаniki təmir sехi hаzırdа fəаliyyət göstərir. “Sumqayıt Texnologiyalar Parkı”nda ümumilikdə 3000-dən artıq adda  məhsul istehsal edilir. O cümlədən: Kabel zavodunda 56 marka üzrə 2000-ə yaxın müxtəliv növ kabel məhsulları, plastik boru zavodunda 240 adda su və kanalizasiya, qaz boruları və onların aksesuarları, digər fəaliyyət göstərən istehsal sahələrində sifariş əsasında 1000-ə  yaxın adda məhsul istehsalı mümkündür.

Etilen-polietilen zavodu

1994-cü ildə “Sintez Kauçuk” İstehsalat Birliyinin tərkibində fəaliyyət göstərən “EP-300” etilen-propilen istehsalаtı və “Üzvi Sintez” İstehsalat Birliyinin tərkibində fəaliyyət göstərən “Polimer-120” yüksək təzyiqli polietilen istеhsаlаtının birləşməsi nəticəsində yaranmışdır. Bu kompleksin layihə səmərəliliyi etilenə münasibətdə 300 min tondan, propilenə münasibətdə 138 min tondan ibarətdir. “Polimer-120” - yüksək təzyiqli polietilen istеhsаlаtının tikintisinə 1980-ci ildə başlanılıb və 1988-ci ilin əvvəlində istismara buraxılmışdır. Sahənin istehsalat gücü polietilenə munasibətdə ildə 150 min tondan ibarətdir. Karbohidrogenin pirolizi nəticəsində (birbaşa benzin, rafinat benzin, resikləşdirilmiş benzin, etan) “EP-300” - etilen və propilenin istehsalında etilen, propilen, butilen-butadien fraksiyası, yüngül piroliz qətranı, ağır piroliz qətranı, metan, propan və hidrogen fraksiyası kimi məhsullar istehsal olunur. Müəssisənin tərkibində buxar və elektrik enerjisinin (buxar generatoru) istehsal kompleksi tikilib və 2001-ci ildə istismara verilib.

“Bismak” Qida Sənaye Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyəti

Müəssisədə biskvit və makaron sexi fəaliyyət göstərir. Biskvit sexində çoxçeşidli peçenye və vafli məhsulları istehsal edilir. Makaron istehsalı sexində müxtəlif çeşidli makaron məhsulları istehsal edilir. Dəyirman kompleksində taxıl emalı üçün 2 hissədən ibarət dəyirman və elevatorlar quraşdırılmışdır. Dəyirmanda istehsal olunan xammalın saxlanması üçün hər birinin tutumu 2500 ton olan 4 bunker fəaliyyət göstərir və onların ümumi həcmi 10 000 tondur. Müəssisədə qurulmuş böyük həcmə malik bunkerlər istehsalın xammala olan tələbatını tam ödəməyə imkan verir. Eyni zamanda xammal saxlayan bunkerlərin və iki böyük elevatorun gücü əvvəlcədən buğda alınmasını xeyli yüngülləşdirir və ucuzlaşdırır, taxıl mövsümündə alınan ucuz taxıl, qabaqcadan xammala olan tələbatın il ərzində ödənilməsinə imkan yaradaraq, məhsulun maya dəyərini aşağı salır. Hər iki dəyirman və bunkerlər Türkiyə istehsalıdır. Müəssisə daxili bazarda mal dövriyyəsində əsas yerlərdən birini tutur və Gürcüstan, Rusiya bazarlarına da makaron və biskvit məmulatları göndərir.

 “Sağlam qida” Aqrar-sənaye kompleksi

Kompleksin tərkibinə çörək istehsalı zavodu, taxıl anbarı, un dəyirmanı kompleksi, həmçinin qida məhsullarının saxlanılması, daşınması və satışı üzrə logistik mərkəz daxildir. Gündəlik istehsal gücü 150 ton olan çörək zavodunda məhsul hazırlanması prosesi tam avtomatlaşdırılmışdır. İstehsalın hər bir mərhələsinə ayrı-ayrılıqda nəzarət sistemi tətbiq olunur ki, bu da sanitar-gigiyenik normalara əməl olunmaqla çox yüksək keyfiyyət standartlarına cavab verən çörək məhsullarının əldə edilməsinə imkan verir. Yeni texnologiyanın tətbiqi məhsulun maya dəyərinin formalaşmasında xüsusi çəkisi olan enerji xərclərinin azalmasına imkan yaradır. Bu da istehlakçılara keyfiyyətcə yüksək və aşağı qiymətlərlə çörək məhsullarının təqdim edilməsinə şərait yaradır. Çörəkbişirmə xətlərində tətbiq edilən elektron müşahidə və keyfiyyətə nəzarət sistemi istehsalın müxtəlif mərhələlərində standartlara uyğun gəlməyən çörəyin müəyyən edilməsinə və xətdən dərhal çıxarılmasına imkan verir. Zavodda dörd çörəkbişirmə və bir müxtəlif növ un məmulatlarının istehsalı xətləri, xüsusi növ çörəklərin bişirilməsi üçün altı soba quraşdırılmışdır. Beləliklə, burada 45 çeşiddə 12 növ çörək məhsulları və un məmulatları istehsal olunacaqdır. Çörək məhsulları qablaşdırılaraq “Çörəkçi” brendi altında satışa çıxarılacaqdır. Taxıl anbarı və un dəyirmanı Türkiyənin aparıcı şirkətinin texnologiyası əsasında qurulmuşdur. Taxıl məhsullarının tədarükü və saxlanması üçün hər birinin tutumu 4 min ton olan 6 anbar inşa olunmuşdur. Anbarda quraşdırılmış təmizləmə və qurutma sistemləri tədarük olunacaq taxıl məhsullarının itkisiz və uzun müddət ərzində saxlanmasına imkan verir. Taxıl anbarı kompleksə daxil olan un dəyirmanı və çörək zavodunun fasiləsiz fəaliyyətini təmin edir. Gündəlik istehsal gücü 250 ton olan dəyirman kompleksində ən son texnologiya sayılan quru təmizləmə sisteminin tətbiqi digər ənənəvi dəyirmanlardan fərqli olaraq daha geniş həcmdə və əla, birinci və ikinci növ keyfiyyətli un istehsalına tam şərait yaradır.

“Inter Textil” ASC

Müəssisə 1974-cü ildə «Sumqаyıt Üst Triкоtаj» fаbriкi оlаrаq istifаdəyə verilmişdir. Fаbriк 2000-ci ildə  “Sumqаyıt Triкоtаj”  Аçıq Tipli Səhmdаr Səmiyyəti və 2006-cı ildə özəlləşdirilməsi bаşа çаtdırıldıqdаn sоnrа “Sumqаyıt Triкоtаj” Аçıq Səhmdаr Səmiyyəti аdlаndırılmışdır. 2008-ci ildə “Sumqаyıt Triкоtаj” Аçıq Tipli Səhmdаr Səmiyyəti “Inter Textile” Аçıq Səhmdаr Səmiyyətinə çevrilmişdir. “İnter Tekstil” ASC-nin əsas istehsal sahələrində yenidənqurma və bərpа işləri aparılmış, müasir toxuma, iplik  və tikiş avadanlıqları quraşdırılmışdır.

 “Gilan Textil” Parkı

Bu parkda məhsullar 100% Azərbaycan pambığından hazırlanır. İstehsalda insan sağlamlığına zərər verəcək heç bir kimyəvi məhluldan istifadə edilmir. Avropa standartlarına tam uyğundur. Toxuma fabriki- burada Belçikanın Picanol toxuma maşınları və Almaniya istehsalı olan Karl - Mayer markalı haşıl dəzgahları ilə təchiz olunmuş illik gücü 8 500 000 m. parça istehsal etmə gücünə malik bir istehsalat qurulmuşdur. Bu dəzgahlar geniş çeşidli və yüksək keyfiyyətli toxuma özəlliyinə malikdir. İstehsal olunan məhsullar həm 100 % pambıq həm də pambıq- polyester qarışığından ibarətdir. Toxunan parçalar 0,90 sm-dən 3,40 sm-ə qədər enində toxuna bilər. Fabrikada nəmliyin qorunub saxlaması xüsusi havalandırma sistemləri vasitəsi ilə həyat keçirilir. Toxuma təsisi OEKO TEX Standard 100 və İSO9001 keyfiyyət sertifikatına sahibdir.

“Alyans Tekstil” MMC

Tekstil fabriki 2 əsas istehsal və 4 köməkçi sexlərdən ibarətdir və Almaniyanın “BULLMER”, Türkiyənin “Astron”, “Malkan”, “Özanadolu” və Yaponiyanın “Tajima”, “Juki” şirkətlərinin müasir avadanlıqları ilə təchiz edilmişdir. Fabrik illik 100 min dəst müxtəlif işçi geyimləri (gödəkçələr, kombinezonlar, kostyum və dəstlər) istehsal etmək gücünə malikdir. Fabrikin əsas xammalı olan parça Fond tərəfindən maliyyə dəstəyi göstərilmiş “Gilan Tekstil Parkı”ndan alınır. Dövlətin maliyyə dəstəyi ilə fabrikin yeni tikilmiş istehsal binasında tamamlama işləri aparılmış və Türkiyənin “Astron” şirkətindən avtomatik parça sərim xətti, alt və üst transportlu iplik kəsməli tikiş maşınları, “Malkan” şirkətindən qurutma konveyerləri, “Özanadolu” şirkətindən loqotip və yazı vurulması üçün boya sexi avadanlığı, Yaponiyanın “Tajima”, şirkətindən naxış maşını və “Juki” şirkətindən universal tikiş maşınları alınmışdır. İstehsal texnologiyasına əsasən alınan parça avtomatik parça sərim avadanlığı vasitəsilə tələb olunan ölçülərə uyğun sərilir, qatlanır və mərkəzi idarəetmə sisteminin komandası əsasında müvafiq lekallara (karton qəlib) uyğun parça kəsim xəttində doğranır. Sonrakı mərhələdə doğranmış parçalar tikiş sexinə verilir. İstehsal olunan məhsulun üzərinə hörmə və ya boya ilə sifarişçinin istəyinə uyğun olaraq onun loqosu və adı vurulur. Hazır məhsul qablaşdırılır və satış üçün anbara yığılır.   Fabrikdə ən müasir texnologiyanın tətbiqi beynəlxalq standardlara cavab verən yüksək keyfiyyətli tekstil məmulatları istehsalına və  istehsal olunan məhsulların maya dəyərinin aşağı olmasına səbəb olmuşdur.

 “Azərsun Sənaye Parkı”nın Kağız və karton istehsalat kombinatı

 Müəssisədə istehsal prosesi tam avtomatlaşdırılmışdır. Böyük həcmdə investisiya tələb edən bu kombinat Qafqazda yeganə olaraq Azərbaycanda qurulmuşdur. İstehsal korpusu, müxtəlif bölmələr və hazır məhsul anbarından ibarət olan müəssisə aparıcı ölkələrin tanınmış şirkətlərinin müasir avadanlığı ilə təchiz edilmişdir. Burada qurulan avadanlıq hesabına yüksək keyfiyyətli və rəqabətədavamlı məhsul əldə etmək mümkündür. Ümumilikdə, kombinatda istehsal prosesi dünya standartları və təcrübəsi əsasında həyata keçirilir. Kombinatın illik emal gücü 50 min tondur.  

“Azərsun Sənaye Parkı”nın  Sumqayıt yağ fabriki

Xam yağ qəbulu, rafinləşdirmə bölmələri, marqarin paketləmə, duru yağ qablaşdırma, şokolad istehsalı, əridilmiş yağın qablaşdırılması və metal qablaşdırma sahələrindən ibarət müəssisədə müxtəlif  istehsal xətləri quraşdırılmışdır. İstehsal sahələri böyük təcrübəyə malik şirkətlərin müasir avadanlığı ilə təchiz edilmişdir. Fabrikdə xam yağın kənar maddələrdən təmizlənməsi üçün rafinləşdirmə bölməsi yaradılmışdır. Saflaşdırılma üsulları əsas prosesin getdiyi meanizmə uyğun olaraq fiziki-kimyəvi üsullarla aparılır. Fabrikdə illik 270 min ton yağ məmulatı, o cümlədən qarğıdalı, günəbaxan, marqarin yağları və əridilmiş yağlar, şokolad yağları və mayonezlər istehsal olunacaqdır. Müasir texnologiyaların və avadanlığın hesabına burada istehsal edilən məhsullar ekoloji cəhətdən təmiz olmaqla yanaşı, rəqabətədavamlılığı ilə seçilir. Məhsulların Gürcüstan, İraq, Tacikistan, Qazaxıstan, Türkmənistan və digər ölkələrə ixrac edilməsi də nəzərdə tutulmuşdur.

Mis emalı istehsalı zavodu

Müəssisə  müasir avadanlıq və texnologiyalar əsasında qurulmuşdur. Emal prosesi dörd mərhələdə həyata keçirilir. Daxili bazarın tullantı imkanlarını nəzərə alaraq ay ərzində orta hesabla 500 tona qədər mis tullantıları qəbul edilir. İkinci mərhələdə ay ərzində  450 ton anod xammalı əldə olunur. Prosesə laboratoriyada ciddi nəzarət edilir. Nəticədə yüksək texnoloji təmizliyə malik mis katod lövhələr alınır. Bu lövhələrin mis tərkibi ən yüksək göstərici olan 99,99 faizə malikdir. İstehsal edilən məhsulun əsas sifarişçisi Sumqayıt Texnologiyalar Parkında yerləşən müəssisə və zavodlardır. Bu məhsuldan həmin müəssisələrdə yarımfabrikat kimi istifadə olunaraq müxtəlif ölçülü mis naqillərin və digər mis məmulatların istehsalı həyata keçirilir.

“Azgüntex”  MMC

Аltеrnаtiv və Bərpа оlunаn еnеrjinin аlınmаsı məqsədilə tələb оlunаn qurğu və аvаdаnlıqlаr istеhsаl еdilən müəssisədir. Burada günəş panelləri istehsalı sahəsi fəaliyyət göstərir, LЕD lаmpаlаrın istеhsаlı sahəsinin yaradılması ilə bağlı işlər aparılır.

Beton məmulatları istehsalı zavodu

Tikinti sənayesinin inkişafı və istehlakçıların keyfiyyətli beton məmulatları (beton borular və döşəmə daşları) ilə təmin edilməsi məqsədilə zavod Almaniyanın “Schlosser Pfeiffer”, “MBK” və “HESS”, Türkiyənin “Gökher” şirkətlərinin ən son texnologiyaları əsasında qurulmuşdur. Respublikada ilk dəfə olaraq bu zavodda yüksək keyfiyyətli beton məmulatlarının istehsal olunması məqsədilə bişirilməsini təmin edən Niderlandın “Daub” şirkətinin termoyağlı boru istehsal xətləri tətbiq edilmişdir. Zavodda istehsal prosesi tam avtomatlaşdırılmış formada həyata keçiriləcəkdir. Belə ki, alınan xammal beton istehsalı qovşağında xüsusi bunkerlərə yığılır və beton məhlulunun istehsalı üçün mikserlərə ötürülür. Avtomatik qaynaq avadanlığı vasitəsilə istehsal olunacaq beton boruların ölçülərinə uyğun armaturdan metal karkaz toxunulur və xüsusi kranlar vasitəsilə qəliblərə yerləşdirilir. Sonrakı mərhələdə beton məhlulu həmin qəliblərə doldurularaq sobalara ötürülür və hazır olan beton borular kran vasitəsilə sobadan çıxarılaraq saxlama anbarlarına və satış məntəqələrinə göndərilir. Bununla yanaşı, zavodda döşəmə daşları da istehsal olunur. Hazırlanmış beton məhlulu nasoslar vasitəsilə presləmə-formavermə avadanlığına ötürülür. Nəzərdə tutulmuş ölçü və formada qəliblərə doldurulmuş qarışıq vıbratordan keçirilərək preslənir və sobalara göndərilir. Sobadan çıxan döşəmə daşları roller qurğusu (konveyer) üzərində hərəkət edərək soyudulma mərhələsindən keçir və məhsul keyfiyyət nəzarətindən sonra avtomatik qurğu vasitəsilə paletlənir. Bütün bu istehsal prosesi avtomatlaşdırılmış mərkəzi idarəetmə sistemi vasitəsilə həyata keçirilir.  İllik istehsal gücü 140 min metr müxtəlif diametrlik beton boru və 500 min m2 beton döşəmə daşı olan zavodda istehsal prosesi tam avtomatlaşdırılmışdır. İstehsal prosesi başa çatanadək insan əli dəymədən həyata keçirilir.Müasir texnologiyanın tətbiqi enerji məsrəflərinin azalmasına və məhsulun maya dəyərinin aşağı olmasına səbəb olur. Bunun nəticəsində istehlakçılara daha münasib qiymətlərlə onların təlabatına uyğun yüksək keyfiyyətli beton məmulatları təqdim edilməsi mümkündür. Zavod tərəfindən “Star” brendi ilə istehsal olunan məhsulların istehlakçılara çatdırılması üçün xüsusi nəqliyyat vasitələri alınmışdır.

 “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodu

Zavodda Türkiyə, Almaniya, İtaliya və Çin texnologiyası əsasında ildə 100 min ton polad borular istehsal olunacaqdır. Burada hazırlanacaq polad borular xam neft, təbii qaz və su xətlərinin çəkilişində, neft emalı zavodlarında, sənaye boru xətti şəbəkələrinin yaradılmasında, polad konstruksiyaların yığılmasında istifadə olunacaqdır.

 “Sumqayıt Elektrik Stansiyası” MMC

Yanacaq-energetika sənayesi üzrə şəhərdə ilk müəssiə - istehsal gücü 25 MVt оlаn və 1941-ci ildə istismara verilmiş “Sumqayıt İstilik Elektrik Müəssisəsi-1” olub. 1963-cü ildə müəssisənin istehsal gücü artaraq 450 MVt olub. Buxar Gеnеrаtоr qurğusunun işə salınması və bu zaman ətraf zavodların texnoloji məqsədlərə buxar tələbatının sıfra qədər azaldılması səbəbindən İEM-1 tam kondensasiya rejiminə keçərək 2002-ci ildən enerji istehsalını tam dayandırıb. Təməli 12 avqust 2005-ci ildə qoyulmuş yeni Sumqayıt Elektrik Stansiyası 2009-cu ildə istismara verilib. Еlеktrik Stаnsiyаsının gücü 525 MVt, illik enerji istehsalı 4150 mln.kvt.s, şərti yanacaq sərfi 234 qr/kvt.s təşkil еdir.

Keçidlər